Xəbər lenti

 

Yüksək Hərbi Şuranın (YAŞ) "çox gizli” keçirilən və 4 saat davam edən toplantısı başa çatıb.
Toplantıda bir sıra mühüm qərarlar qəbul edilib. YAŞ iclaslarının hər ilin avqust ayında keçirilməsi tələbi aradan qaldırılıb. Bundan sonra toplantı lazım olan vaxt keçiriləcək. Bununla yanaşı, üç komandan dəyişdirilib. Belə ki, Quru Qüvvələrinin komandanı general Yaşar Gülər, Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal, Hava Qüvvələrinin komandanı isə general Hasan Küçükakyüz olub.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün saat 18:00-da YAŞ üzvlərinin şərəfinə axşam yeməyi verəcək. Toplantıda qəbul edilən bütün qərarların Ərdoğana təqdim edilməsindən sonra ictimaiyyətə açıqlanacağı gözlənilir./publika.az




Ana səhifəyə qayıt        Baxış: 680          Tarix: 2-08-2017, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma