Xəbər lenti

Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Cocuklar duymasın” adlı məşhur serialda Fətullah Gülənə aid kitabın görüntülənməsi ölkədə qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, geniş müzakirələrdən və qınaqlardan sonra məhkəmə serial haqqında araşdırma əməliyyatları aparmağa qərar verib.

Araşdırma İstanbul Cümhuriyyət Baş Prokurorluğunda aparılacaq.

Qeyd edək ki, sözügedən “Barış Körpüləri: Dünyaya açılan türk məktəbləri” adlı kitab FETÖ terror qruplaşmasının başçısı Fətullah Gülənin fəaliyyətlərini dünyaya tanıtmaq məqsədilə nəşr edilib.




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 3-08-2017, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma