Xəbər lenti

Türkiyənin Ədliyyə Nazirliyi Boğaziçi və Mədəniyyət universitetlərində FETÖ ilə bağlı əməliyyat keçirib.

Publika.az xəbər verir ki, universitetlərin 72 üzvü haqqında cinayət işini açılması tələb edilib. Polis bu şəxslərdən 42 nəfərini nəzarətə götürüb.

Türkiyənin “Doğan” xəbər agentliyinin verdiyi məlumata görə, Boğaziçi universitetindən 1-i professor olmaqla 8 nəfər, Mədəniyyət Universitetinin Tibb fakültəsindən 19-u tələbə olmaqla 64 nəfər saxlanılıb.

Saxlanılan şəxslər Fətullah Gülənin terror qruplaşmasının üzvlərinin istifadə etdiyi “Byblok” adlı mobil telefon proqramından istifadə etmələri iddiası ilə günahlandırılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 766          Tarix: 10-07-2017, 14:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma