Türkiyənin Samsum şəhərində Atakum Bələdiyyəsinin təşkilatçılığı ilə ötən il baş vermiş uğursuz dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar tədbir təşkil edilib.
Axar.az xəbər verir ki, proqram zamanı bələdiyyə sədri İshaq Daşçı çıxış edərək şəhidlərin ailəsinə başsağlığı verib.
"B u ölkə nə qədər ki, Osmanlının yadigarıdır, bir qarış torpağımızı belə düşmənə vermərik. Xalqımız Çanaqqala və Qurtuluş şavaşında olduğu kimi 15 iyulda da tarix yazdı. Bu millət hər zaman şərəfsizə, xainə güc gəlməyi bavacıb. Ona görə də, heç bir qorxumuz yoxdur. Allah bizə bir daha 15 iyul tarixini yaşatmasın", - deyə o çıxış edib.
Bundan sonra çevrilişə cəhddə ittiham edilən FETÖ lideri Fətullah Gülənin maketi “15 iyul Demokratiya meydanı”nda edam edilərək yandırılıb.
Gülənin maketini görüb əsəblərini cilovlaya bilməyən sakinlər həmçinin ayaaqabı və çantalarla maketə hücum eddiblər.
Qeyd edək ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar tədbirlər davam edir.
Dünəndən etibarən yüz minlərlə insan izdihamlı yürüş-mitinqlərə qatılıb. Mitinq iştirakçıları FETÖ lideri Fətullah Gülənin maketini "edam" edərək terror təşkilatına etirazlarını bildiriblər.
Paylaş: