Xəbər lenti

Hindistanda aprel-iyun aylarında keçiriləcək parlament seçkiləri dünya tarixində ən böyük səsvermə olacaq.

“Report” xəbər verir ki, bunu üçüncü "Demokratiya Sammiti" ilə bağlı videomüraciətində çıxış edən Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar deyib.

“968 milyon seçici, 15 milyon seçki məmuru qeydə alınıb və 1,2 milyon səsvermə kabinəsi quraşdırılıb. Beləliklə, Hindistanda qarşıdan gələn 18-ci ümumi seçkilər planetin indiyədək gördüyü ən böyük seçki olacaq”, - o vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 838          Tarix: 20-03-2024, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma