Xəbər lenti

"ABŞ Ukraynaya 125 milyon dollarlıq yeni silah paketi ayırıb".

Oxu.Az iz.ru-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Bu gün Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını həll etmək üçün təhlükəsizlik sahəsində əlavə yardım barədə elan edib", - ABŞ Müdafiə Nazirliyinin saytında qeyd olunub.

Tədbir dövlət başçısı Co Baydenin prezident səlahiyyətləri çərçivəsində qəbul edilib.

Məlumata görə, Kiyevə yeni hərbi yardım paketinə "Stinger" raketləri və yüksək mobil artilleriya raket sistemləri üçün "HIMARS", çoxməqsədli radarlar, borudan buraxılan, optik izlənən, məftillə idarə olunan raketlər, həmçinin "Javelin" və "AT- 4" zireh əleyhinə sistem daxildir. Həmçinin, zirehli texnika, atıcı silahların sursatları, partlayıcı qurğular, mühüm infrastrukturun mühafizəsi üçün avadanlıqlar və köməkçi texnika da göndərilir.




Ana səhifəyə qayıt        Baxış: 3 442          Tarix: 10-08-2024, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma