Xəbər lenti

 

Ukrayna ordusu Rusiyanın 100-dən çox hərbi məntəqəsini, o cümlədən Rusiyanın komandanlıq mərkəzini, sursat anbarları, hava hücumundan müdafiə məntəqələrini, radar sistemlərini, rabitə şəbəkələri və uzaqmənzilli artilleriya mövqelərini hədəf alıb.

 

 Ovqt.com-un məlumatına görə, ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi cümə günü keçirdiyi mətbuat konfransında bunu bildirib.

 

Bu fakt doğrudursa, belə çıxır ki, ABŞ və Qərb ölkələrinin Ukraynaya silah və sursat yardımı öz müsbət nəticəsini verməyə başlayıb.

 

Qeyd edək ki, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi ölkəsinin Ukraynaya 4 HIMARS raket sistemi də daxil olmaqla, əlavə 270 milyon dollarlıq silah yardımı etdiyini və beləliklə, bu ölkədəki HIMARS raket sistemlərinin sayını 16-ya çatdırdığını açıqlamışdı. Ukraynaya silah yardımına 36 min HIMARS və 580 Phoenix Ghost taktiki dronları da daxildir. Son yardımla ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi dəyəri 8,2 milyard dollara çatıb. Ukraynaya silah yardımının "davam edən bir proses" olduğunu qeyd edən Kirbi deyib: "Döyüş meydanındakı hadisələri izləməyə və ukraynalılarla onların ehtiyacları barədə məsləhətləşmələr aparıldıqca, verilən silah yardımı demək olar ki, real zamanlı bir prosesdir". 

 

Ukrayna hakimiyyətinin artıq əks-hücum əməliyyatlarına hazırlaşdığı bildirilir. Rəsmi Kiyev Rusiya ordusuna əks-hücum əməliyyatı keçirmək üçün onlarla HİMARS raket kompleksinə ehtiyac duyduqlarını deyib. Kirbi isə xatırladıb ki, Baş Qərargah rəisi general Mark Milley iki gün əvvəl Ukraynaya tədarük edilən HIMARS raket sistemlərinin sayının tezliklə 20-yə çatacağını vurğulayıb. Kirbinin fikrincə, bu elə onlarla HİMARS raket kompleksi deməkdir. ABŞ rəsmisi açıqlamasında onu da vurğulayıb ki, demək olar, hər gün ukraynalılarla dialoq aparılır: “Biz daima komanda zəncirinin müxtəlif səviyyələrində olan məmurlarla ehtiyacları barədə danışırıq ki, onların ehtiyacına mümkün qədər yaxşı cavab verək”.

 

Ukrayna prezidenti Vladimir Zelenski də ABŞ-ın Ukraynaya verdiyi əlavə silah yardımını və Donbass bölgəsində müharibənin gedişatı ilə bağlı şərhində HİMARS raket sistemlərinin rolunu yüksək qiymətləndirib. Zelenski həmçinin qeyd edib ki, tezliklə daha çox raket, hərbi maşın və pilotsuz uçuş aparatları (PUA) alınacaq.

 

Prezident Baydenə Ukraynaya yeni müdafiə yardım paketinə görə təşəkkür edirəm. Bizə göndərilən və bizim üçün böyük əhəmiyyət kəsb edən güclü silahlar əsgərlərimizin həyatını xilas edəcək və ölkəmizin rus təcavüzkarlarından azad edilməsini sürətləndirəcək. Mən ölkələrimiz arasında strateji əməkdaşlığa əhəmiyyət verirəm. Qələbə bizimlədir!” – deyə Ukrayna prezidenti Tvitter hesabında yazıb.

 

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Çek Sullivan da cümə günü qatıldığı 13-cü Aspen Təhlükəsizlik Forumunda Rusiyanın hərbi imkanları ilə Ukraynadakı hədəfləri arasında uçurum hər keçən ay qapandığını dilə gətirib. Sullivan həmçinin vurğulayıb ki, ABŞ Ukraynada “təchizat çatışmazlığı” olduğuna inanmır.

 

ABŞ-ın yüksək rütbəli bir başqa müdafiə rəsmisi mövzu ilə bağlı açıqlamasında deyib ki, Ukrayna ordusu müharibənin başladığı fevral ayından indiyədək Rusiyaya müqavimət göstərə bilib və nəticədə ən azı 15 min rus əsgəri həlak olub. ABŞ və Qərb ölkələrinin hesablamalarına görə, hər gün Rusiya ordusunda yüzlərlə ölüm və yaralanma qeydə alınır. Adı açıqlanmayan rəsmi şəxs cümə günü axşam jurnalistlərlə söhbətində bildirib ki, həlak olanlar arasında minlərlə müxtəlif rütbəli zabit və çoxlu general var. Onun fikrincə, Ukrayna qüvvələri 100-dən çox “olduqca mühüm” hərbi hədəfləri, o cümlədən Rusiyanın komanda mərkəzləri, sursat anbarları, hava hücumundan müdafiə məntəqələri, radar sistemləri, rabitə şəbəkələri və uzaqmənzilli artilleriya mövqelərini vurub.

 

ABŞ rəsmisi Rusiyanın hər gün Ukraynanı minlərlə topla bomba yağdırdığını, amma "bunu əbədi olaraq davam etdirə bilməyəcəyini" söyləyərək, Rusiyanın ordusunun təxminən 85 faizini bu müharibəyə cəlb etdikdən sonra digər bölgələri qorumaq imkanlarından məhrum olduğunu vurğulayıb. Onun fikrincə, Rusiyanın “ağıllı bombaları” istifadə olunduqca  "Moskvanın hərbi imkanları getdikcə axmaqlaşır". 

 

Rusiya dəfələrlə HIMARS raket sistemlərinin bir qismini məhv etməyə müvəffəq olduğunu bəyan etsə də, ABŞ rəsmisi Rusiya qüvvələrinin indiyədək heç bir HIMARS raket sistemini vurmadığını bəyan edib. 

 

ABŞ rəsmilərinin iddiasına görə, Rus ordusunun bəzi bölmələrində üsyanlar baş verir və əsgərlər müharibəni davam imtina etdirmək istəmirlər. Rusiyanın keçən həftə əhəmiyyətli qazanc əldə edə bilmədiyini və Ukrayna ordusunun ölkənin cənubundakı Xerson şəhəri ətrafında müharibənin ilk günlərində itirdikləri bəzi kəndləri geri almağa başladığını ifadə edən yetkili təchizat da daxil olmaqla, ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Çarlz Braun bir neçə gün əvvəl açıqladığı döyüş təyyarələrinin sayını açıqlayıb. O, bildirib ki, müttəfiqlərlə Ukraynaya, xüsusən də ABŞ-a fasiləsiz və uzunmüddətli silah tədarükünün necə yürüdüldüyü ilə bağlı danışıqlar davam edir.

 

Britaniya Hərbi Kəşfiyyatı da Pentaqonun iddialarını təsdiqləyir. Kəşfiyyat idarəsinin Twitter səhifəsində yaydığı açıqlamada Rusiyanın təmir işləri apardığı və cümə günündən etibarən bir hissəsi hərəkətə açılan Antonivski körpüsünün Ukrayna ordusunun hücumları nəticəsində ciddi ziyan gördüyünü bildirib. “Ukrayna hakimiyyətinin Rusiyanın Dnepr çayı üzərində alternativ hərbi ponton körpüsü tikməyə hazırlaşdığı barədə iddiaları təsdiqini tapmayıb. Rusiya ordusu körpünün hərbi imkanlarının qorunmasını prioritet hesab etsə də, Dnepr çayı üzərində körpü tikmək cəhdi çox yüksək riskli proses olacaq”, - deyə məlumatda bildirilir.






Ana səhifəyə qayıt        Baxış: 6 409          Tarix: 24-07-2022, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma