Xəbər lenti
Bu gün, 16:28
Bu gün, 14:16
Bu gün, 12:15
Bu gün, 12:00
Bu gün, 10:50
Bu gün, 10:24
Bu gün, 09:37
Dünən, 22:32
Dünən, 21:21
Dünən, 20:20
Dünən, 19:16
Dünən, 18:19
Dünən, 17:33
Dünən, 16:06
Dünən, 15:21
Dünən, 14:36
Dünən, 13:19
“ABŞ prezidenti Co Bayden Kiyevə uzaqmənzilli reaktiv yaylım atəşi sistemlərinin çatdırılmasını aylardır gecikdirir”.
Ovqat.com-un məlumatına görə, bu iddianı ABŞ-ın “Politico” nəşri irəli sürüb.
Nəşrin bildirir ki, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisini həmin silahlardan atəşə tutacağından çəkinir. Guya, belə olacağı təqdirdə Rusiyanın da Ukraynanı daha ağır bombardmana tutmasını istəmir.
“Kiyev nümayəndələri Bayden administrasiyasının onların tələblərini yerinə yetirməməsindən və Ukrayna Silahlı Qüvvələrinə yüksək dəqiqlikli M-270 reaktiv yaylım atəşi sistemləri (MLRS) verməməsindən məyusdurlar. Ukrayna rəsmiləri Donbassda Rusiya artilleriyasını sıxışdırmaq məqsədi ilə M-270-nin tədarükünün zərurətini əsaslandırırlar, lakin ABŞ fərqli düşünür. Ağ Ev ciddi şəkildə qorxur ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli MLRS-dən istifadə edə bilər”, - nəşr yazır.
“Politico”nun məlumatına görə, ABŞ rəsmi Kiyevlə M-270 çoxlüləli raketatan sistemlərinin onlara təcili çatdırılması ilə bağlı uzun müddətdir ki, danışıqlar aparır, lakin həmin silahların nə zaman verilməsinin konkret tarixini göstərmir. Məqalədə qeyd olunur ki, ABŞ Kiyevə yalnız Avropa ölkələrinin anbarlarında saxlanılan sovet istehsalı MLRS-lər verir.
Ovqat.com-un məlumatına görə, əslində bu faktı Ukrayna rəsmiləri də gizlətmirlər. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı mayın 5-də mediaya verdiyi açıqlamasında ölkəsinin ABŞ-dan daha uzaq mənzilli artilleriya qurğuları istədiyini bildirmişdi. Onun dediyinə görə, Kiyev təkcə “M-270”-lər deyil, həmçinin “M-142 HIMARS” raketatan sistemləri də istəyib. Ukraynanın “M-142 HIMARS” və “M-270” çoxlüləli raketatan sistemləri ilə təmin edilməsi məsələsinin aktual olduğunu vurğulayan Zalujnı öz Telegram səhifəsində yazmışdı:
"Biz ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə müntəzəm əlaqə saxlayırıq. Ənənəvi olaraq mən amerikalı həmkarımı əməliyyat vəziyyəti barədə məlumatlandıram... Son danışığımızda da Rusiya təcavüzkarlarının qanadlı raketlərdən yenidən istifadə etdiyini vurğuladım... Görüş zamanı bildirdim ki, mayın 3-də düşmən Xəzər dənizindən TU-160 strateji bombardmançı təyyarələrindən Ukrayna ərazilərinə 14 qanadlı raket atıb... Şimaldan isə ötən sutka ərzində ərazimizə 8 qanadlı raket buraxılışı qeydə alınıb. Ukraynanın “M-142 HIMARS” və “M-270” reaktiv raket sistemlərinə sahib olması olduqca aktualdır”.
M-270
Zalujnı həmçinin vurğulamışdı ki, Rusiya Silahlı Qüvvələrinin raket hücumlarının əsas məqsədi Ukraynaya hərbi-texniki yardımın çatdırılmasında istifadə olunan logistik marşrutları pozmaqdır.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı telefon danışığı zamanı ABŞ-lı həmkarına düşmənin əsas səylərinin Luqansk istiqamətində cəmləşdiyini, burada Popasna, Kreminna və Torske yaxınlığında şiddətli döyüşlərin getdiyini, Ukraynanın Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başladığını da bildirmişdi.
Xatırladaq ki, ABŞ-ın indiyədək Ukraynaya verdiyi ən güclü silah M777 haubitsalarıdır. Bu haubitsaların mənzili isə 27-30 km. civarındadır. Belə qısamənzilli silahlarla bir-birindən 100-150 km. uzaqlıqda yerləşən şəhərlər arasında döyüş aparmaq mümkün olmadığından Ukrayna Mariupolun “Azovstal” zavodunun bunkerlərinə sığınan “Azov” polkunu mühasirədən belə qurtara bilmədi. Nəticədə polkun 1000-ə yaxın elit döyüşçüsü təslim olmaq məcburiyyətində qaldı. Halbuki, onların arasında xarici legionerlər də var və bu fakt Rusiya ilə həmin ölkələr arasında ziddiyyətləri körükləyəcək. Görünür, Vaşinqtona da elə bu lazımdır. Çünki Ukrayna-Rusiya arasındakı savaşın coğrafiyasını genişləndirmək, Avropa İttifaqı ilə Moskva arasında gərginliyi son həddə çatdırmaq Rusiyaya qarşı sanksiyaları daha qalıcı hala gətirə bilər.
Bəs, Ukraynanın israrla tələb etdiyi “M-142 HIMARS” və “M-270” yaylım atəşi sistemlərinin zamanında verilməsi Kiyevə hansı üstünlükləri qazandıra bilərdi?
M-777
Təbii ki, ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin vuruş mənzilini uzadardı. Çünki həm “M-142 HİMARS”ların, həm də “M-270”ların mənzili 120 km.-dən çoxdur. Hətta mərmilərin xüsusiyyətinə görə, məsələn, “MGM-140 ATACMS” tipli raketlərlə bu mənzili “M-270”-lərdə 165 km-ə, “M-142 HİMARS”larda isə 300 km.-ə qədər artırmaq olar.
Üstəlik, bu raket qurğuları düşməni yaylım atəşinə tutaraq, tamamilə sıradan çıxarmaq xüsusiyyətinə malikdir.
Digər tərəfdən, bu qurğuların mərmilərinin dağıdıcılıq gücü də xeyli böyükdür. 155 mm-lik M-777 haubitsalarının dağıdıcılıq radiusu 5-6 kvadrat metrdirsə, M-270-lərdə bu rəqəm 25 kvadrat metrə qədər yüksəlir.
Maraqlıdır ki, Ukraynaya bu silahları çox görən ABŞ Rumıniyadan onları əsirgəməyib. 2017 və 2018-ci illərdə ABŞ-la Rumıniya arasında bağlanan 2 hərbi müqaviləyə əsasən, bu ölkəyə hər biri 18 ədəd “M-142 HIMARS” qurğusundan ibarət 3 silah sistemi verilib. Müqavilədə həmçinin bu sistemlər üçün tələb olunan döyüş sursatı, idarəetmə elementləri, sensorlar, logistik dəstək və texniki xidmətlərin verilməsi nəzərdə tutulur, bununla yanaşı, hərbi personalların təlimi və yetişdirilməsi də ABŞ tərəfindən təmin olunur. Bu isə o deməkdir ki, sabah Rusiya ilə Rumıniya arasında savaş başlayarsa, ABŞ mütəxəssisləri məsləhətçi adı altında döyüşə qatılacaq.
M142 HIMARS
Niyə məhz Rumıniya?
Zənnimizcə, Rumıniyaya bu xüsusi diqqətin göstərilməsi Moldova ilə əlaqədardır. Ukraynadan fərqli olaraq, Moldova Rusiya ilə təkbaşına döyüşə bilməz. Moldovanın gözlənilən döyüşlərdə qısa zamanda məğlub olmasının qarşısını almaq üçün Rumıniyanın öz qardaşına yardım edəcəyi heç kimə sirr deyil. Görünür, ərazisi kiçik olan Moldovada gözlənilən savaşın uzadılması üçün onun himayədarı olan Rumıniyaya daha uzunmənzilli silahlar verilib. Sözügedən silahların Rumıniyanın şərqindəki Fokşani şəhərində yerləşən “Maior Georghe Sontu” 81-ci Taktiki Raket Batalyonuna yerləşdirilməsi də bu mənada təsadüfi deyil. Rumıniya Müdafiə Nazirliyinin məlum dislokasiya ilə bağlı verdiyi açıqlama da həmin raketatan qurğularının yalnız həmin ölkənin yox, həm də hansısa xarici dövlətin qorunmasına xidmət edəcəyinin etirafı kimi səslənir:
“Həm ölkə hüdudlarında, həm də xaricdə digər ölkələrlə birgə fəaliyyət tələb edən vəziyyətlərin müxtəlifliyini nəzərə alaraq, Rumıniya Ordusu Quru Qoşunlarının strukturlarına yüksək performanslı dəstək maşınlarını daxil etməlidir. Bundan əlavə, quru artilleriya sistemlərimizin mühüm hissəsini təşkil edəcək bu çoxlüləli reaktiv yaylım atəşi sistemləri öz missiyalarını yerinə yetirmək üçün müstəqil və ya digər sistemlərlə inteqrasiya oluna biləcəkdir”.
Xəritədə “Maior Georghe Sontu” hərbi bazasının yerləşmə arealına göz gəzdirsək, Rumıniya Müdafiə Nazirliyinin “xaricdəki digər ölkələrlə birgə fəaliyyət” deyərkən haranı nəzərdə tutduğunu rahatlıqla anlaya bilərik.
Onu da qeyd etmək yerinə düşərdi ki, Rumıniya ABŞ-dan kənarda “M-142 HIMARS” sistemlərinə sahib ilk NATO ölkəsidir. Rumıniyanın ən müasir ABŞ silahları ilə təchiz edilməsi bununla da bitmir. 2016-cı ildə ABŞ özünün nüvə başlığı daşıyan uzun və qısa mənzilli raketlərdən müdafiə sistemi “Aegis” qurğusunu da Rumıniyanın cənubundakı Deveseludakı aviabazasında yerləşdirmiş, bu da Rusiyanın sərt təpkisinə səbəb olmuşdu. ABŞ həmin vaxt bu hərbi dislokasiyanı Yaxın Şərqdən (İrandan) Avropaya yönələ biləcək raket hücumlarının qarşısını almaq məqsədi ilə əlaqələndirsə də, irəli sürülən arqument Moskva tərəfindən əsaslı görünməmişdi. Ardınca “M-142 HIMARS” qurğularının da məhz bu ölkədə yerləşdirilməsi Moskvanın narahatlıqlarını haqlı çııxarır və fikrimizcə, ABŞ-ın əsl niyyətinə işıq salır. Belə anlaşılır ki, ABŞ-ın planında Rusiya ilə əsl hesablaşma məkanı kimi Rumıniya və Moldova əraziləri nəzərdə tutulur.
Yeri gəlmişkən, Ukraynanın İlanlı adasının digər ərazilərdən daha yaxşı mühafizə olunması da Moldovanı işğaldan qorumaq stretegiyası ilə izah oluna bilər. Zira gözlənilən Moldova hücumunda İlanlı adanın Rusiyanın əsas istinad nöqtəsi olma ehtimalı var.
Ukraynanın tələb edib ala bilmədiyi raket qurğularının özəllikləri
M-142 HIMARS
Kütləsi: 35,800 lb (16,200 kq);
Uzunluğu: 7 m (23 ft 0 in);
Eni: 2,4 m (7 ft 10,5 inç);
Hündürlüyü: 3.2 m (10 ft 6 in);
Heyəti: 3 nəfər;
Kalibri: 227 mm (8.9 inç);
Effektiv atəş məsafəsi: 2 km (1,2 mil) ilə 300 km (190 mi) arasında;
Maksimum atəş mənzili: 300 km (190 mil).
M-270
Lülə diametri: 227 mm;
Lülə sayı: 12 ədəd;
Məhvetmə radiusu: 25.000 m²;
Salvo atış müddəti: 60 saniyə;
Atəş məsafəsi: 120 km.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar