Xəbər lenti

ABŞ Konqresi 2022-ci ilin fevralından Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlarla əlaqədar müxtəlif ehtiyaclar üçün 174.19 milyard dollar ayırıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Dövlət Departamentinin və Pentaqonun baş müfəttişlərinin ofislərinin birgə hesabatında məlumat verilib.

Məlumata görə, bu vəsaitlər hərbi, büdcə və humanitar yardım, inkişaf yardımı, NATO müttəfiqlərinə və digər tərəfdaş ölkələrə təhlükəsizlik yardımı, gücləndirilmiş hərbi mövcudluq və fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilib.




Ana səhifəyə qayıt        Baxış: 2 998          Tarix: 15-08-2024, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma