Xəbər lenti

NATO-nun Haaqa sammitinin yekun sənədində Ukraynanın alyansa gedən yolu ilə bağlı sözlər olmayacaq.

Oxu.Az-ın "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu sözləri Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Bildirildiyinə görə, sammitin yekun sənədində ötənilki Vaşinqton Bəyannaməsində Ukraynanın dönməz şəkildə NATO üzvlüyünə doğru irəlilədiyinə dair ifadə yer almayıb. Siyarto qeyd edib ki, bu öz sözünü deyir və "biz bu qərarı düzgün hesab edərək dəstəkləyirik".

Nazir, həmçinin vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü Üçüncü Dünya müharibəsinə bərabər olardı.

"Biz isə bunu həqiqətən istəmirik", - deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 690          Tarix: 25-06-2025, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma