Xəbər lenti
17-07-2025, 21:00

"Moskva hesab edir ki, Kiyevə Rusiyanın dərinliklərinə öz uzaqmənzilli silahları ilə zərbə endirməyə imkan verən ölkələrin hərbi obyektlərinə qarşı silahdan istifadə etmək hüququna malikdir".

Oxu.Az Mk.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.

Diplomat vurğulayıb ki, uzaqmənzilli raketlər onların Ukrayna Silahlı Qüvvələri tərəfindən müstəqil şəkildə istifadəsini istisna edir:

"Taurus" və ya onların modifikasiyalarının tətbiqi halında, Almaniya hərbi qulluqçuları Rusiyaya qarşı döyüş əməliyyatlarının həyata keçirilməsinə birbaşa cəlb edilmiş olacaqlar".




Ana səhifəyə qayıt        Baxış: 3 300          Tarix: 17-07-2025, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma