
Rusiya Yaponiya səfirliyinə ABŞ Hərbi Hava Qüvvələrinin Rusiya sərhədləri yaxınlığında keçirilən təlimlərində Yaponiyanın iştirakına görə "qəti etiraz" göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, manevrlərin Vaşinqton və Tokionun çəkindirmə və cavab potensialını artırmaq məqsədi daşıdığı qeyd edilsə də, təlimlərin Rusiya müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı "birbaşa işarələr" verdiyi vurğulanıb.
Nazirlikdən qeyd olunur ki, "Rusiya silahlı münaqişəyə hazırlığın bütün əlamətlərinə malik olan bu cür məsuliyyətsiz fəaliyyəti qəbuledilməz hesab edir. Bu, Rusiya Federasiyasının təhlükəsizliyinə potensial təhdiddir və qaçılmaz olaraq adekvat əks tədbirlərə səbəb olacaq".
Qeyd edək ki, ABŞ-nin "Resolute Force Pacific" təlimləri iyulun 9-dan avqustun 4-dək, o cümlədən Rusiyanın Uzaq Şərq sərhədlərinə yaxın ərazilərdə yerləşən hərbi təlim bazalarında keçirilir.
Paylaş: