Xəbər lenti

Bəşər Əsəd rejimi Türkiyənin Hatay vilayətini Suriya torpağı olaraq təqdim edib.

Publika.az
 xəbər verir ki, Əsəd generallarının İranın dəstəklədiyi şiə milisləri ilə birgə keçirdiyi müzakirələrdə masa üzərindəki xəritə diqqət çəkib. Xəritədə Türkiyənin Hatay vilayəti Suriya torpağı olaraq göstərilir.

Təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Metin Gürcan qalmaqallı xəritə ilə bağlı Tvitterdə açıqlama yayıb.

“Bu prixoloji müharibədir. Suriyalı generallar Hatayı Suriya torpağı olaraq göstərən xəritə üzərində müzakirə aparmaqla Ankaraya mesaj verirlər. Əgər generallar bunu ciddi şəkildə müzakirə edirlərsə, çox cahildirlər, yaxud belə bir poza verirlərsə, gülməlidirlər”, - deyə Gürcan qeyd edib.

“Yeni Şəfəq”in köşə yazarı İbrahim Karagül isə bugünkü yazısında Suriyadakı oyuna diqqət çəkib.

“Afrinə müdaxilə etmək, yəni “terror dəhlizi”nin (ABŞ-ın Türkiyənin cənubunda yaratmaq istədiyi “kürd dəhlizi”- red.) Aralıq dənizinə çıxışının qapısını bağlamaqdan savayı yolumuz yoxdur. Məsələ artıq Suriya məsələsi yox, Türkiyə məsələsidir. Bunu etməsək, yaxın zamanlarda yüz kilometrlərlə məsafədə yaradılacaq “Türkiyə cəbhəsi” ilə üz-üzə qalacağıq. Hədəf 2019-cu ildən öncə Türkiyəyə qarşı bu ssenarini həyata keçirməkdir. Diqqətləri çəkmək üçün “Hatayı da alırlar” görüntüsü yaradaraq, əslində müharibəni Türkiyəyə transfer etməyi planlaşdırırlar”, - deyə İ.Karagül vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 701          Tarix: 15-08-2017, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma