Xəbər lenti

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində ən böyük kömür müəssisəsinin - Krasnoarmeyskdən qərbdə yerləşən "Pokrovskoye" mədən idarəsinin ərazisini işğal ediblər.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Donetsk "rəhbəri"nin "müşaviri" İqor Kimakovski məlumat verib.

"Bizim bölmələrimiz Udaçnıdan "Pokrovskoye" mədən idarəsinin inzibati-istehsalat kompleksinin ərazisinə daxil olublar", - deyə Kimakovski bildirib.

O əlavə edib ki, cəbhənin bu hissəsində şiddətli döyüşlər gedir və Kiyev döyüşə əlavə qüvvələr və mexanikləşdirilmiş briqadalar göndərir.




Ana səhifəyə qayıt        Baxış: 2 792          Tarix: 9-09-2025, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma