
Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Polşa və Rumıniyada PUA insidentləri ilə bağlı Britaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə XİN-in bəyanatında bildirilir.
"Böyük Britaniya Polşa, Rumıniya, Ukrayna və NATO-dakı müttəfiqlərimizlə tam həmrəyliyini ifadə edir və bu məsuliyyətsiz hərəkətləri birmənalı şəkildə pisləyir", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, alyans Rusiyanın hərəkətlərinə ciddi yanaşır.
"NATO üzrə müttəfiqlərimizlə birlikdə biz şərq cinahımızda ən son texnologiyalardan, o cümlədən PUA-ların aşkar edilməsi və məhv edilməsi üçün vasitələrdən istifadə etməklə, müdafiəmizi gücləndiririk", - Britaniya XİN əlavə edib.
Xatırladaq ki, sentyabrın 10-da Polşa Rusiya PUA-larının Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkənin hava məkanını pozduğunu açıqlamış və onların zərərsizləşdirildiyini bildirmişdi.
Paylaş: