Xəbər lenti

Ukrayna Prezidenti Volodmir Zelenski ukraynalı hərbçilərin digər ölkələrə göndərilməsi haqqında qanun layihəsini parlamentə təklif edib.

Oxu.Az bu barədə "Strana" nəşrinə istinadən xəbər verir.

"Zelenski Ali Radaya Ukrayna qoşunlarını Türkiyə və Böyük Britaniyaya göndərməyi təklif edib" , - deyə nəşrin məlumatında bildirilir.

Ukraynanın müdafiə naziri Denis Şmıqalın sözlərinə görə, qanun mürəkkəb hərbi texnikanın əldə edilməsi və ondan istifadənin öyrənilməsi məqsədilə Ukrayna bölmələrinin bu ölkələrə göndərilməsi üçün lazımdır.

Qeyd edilir ki, Kiyev Türkiyəyə Hərbi Dəniz Qüvvələrinin "Hetman İvan Mazepa" hərbi gəmisini və 106 hərbçini, Böyük Britaniyaya isə bəzi mina əleyhinə gəmiləri göndərməyi planlaşdırır.




Ana səhifəyə qayıt        Baxış: 31          Tarix: Bu gün, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma