Xəbər lenti

"ABŞ-ın Ukraynaya "Tomahawk" raketlərinin mümkün tədarükü halında, Moskva hava hücumundan müdafiə sistemini gücləndirməklə cavab verəcək".

 AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə keçirilən mətbuat konfransında bildirib.

Vladimir Putin qeyd edib ki, Moskva ABŞ prezidenti ilə Ankoricdə əldə olunan razılaşmalar çərçivəsində qalır, həmin vaxt Ukraynadakı vəziyyətin həlli yolları müzakirə edilib.

Onun sözlərinə görə, proses əlavə iş tələb edir, lakin Rusiya mövqeyini dəyişmir və Alyaskada əldə olunmuş razılaşmalar əsasında hərəkət etməyə davam edir.




Ana səhifəyə qayıt        Baxış: 2 854          Tarix: Dünən, 20:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma