Xəbər lenti

Görüşün əsas səbəblərindən biri Azərbaycanın mövqeyinə Rusiya tərəfindən anlayış göstərilməsidir. Xüsusilə təyyarə insidenti ilə bağlı Rusiya tərəfinin üzrxahlığı və əməkdaşlıq etməsi bu yaxınlaşmanın əsas sütunlarındandır.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Turab Rzayev Tacikistanda 9 oktyabrda keçirilən Azərbaycan və Rusiya prezidentləri arasındakı görüşü şərh edərkən deyib.

Ekspertin fikrincə, İlham Əliyev və Vladimir Putin arasındakı görüşə iki əsas istiqamətdən yanaşmaq mümkündür:

“Birinci istimaqət budur ki, bu görüş uzun müddətdir gözlənilirdi. Son dövrlərdə tərəflər arasında münasibətlər normallaşma mərhələsinə qədəm qoymuşdu.

Putin görüş zamanı bir daha vurğuladı ki, təyyarə qəzası ilə bağlı ilk gündən üzr istəyib və şəffaf istintaqın aparılmasına çalışıb. İstintaqda hələlik konkret nəticə olmasa da, bu, Azərbaycan tərəfinin vəziyyəti idarə etməyə çalışdığını və münasibətləri pozmamaq istədiyini göstərir”.

İkinci istiqamət – Çin faktoru

“Bu prosesdə önəmli amillərdən biri də Çin faktorudur. İlk ayaqüstü görüşün ŞƏT çərçivəsində, son geniş görüşün isə Tacikistanda keçirilməsi təsadüfi deyil. Çin bu görüşlərdə dolayı yolla maraqlı tərəf kimi çıxış edir”, - T.Rzayev vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 018          Tarix: Dünən, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma