Xəbər lenti

İsrail hökuməti Fələstinin HƏMAS hərəkatı ilə girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib. Bununla yanaşı, İsrailə həm sağ qalan girovlar, həm də həlak olanların cəsədləri təhvil veriləcək.

Oxu.Az xəbər verir, bu barədə kp.ru İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında razılaşma çərçivəsində girovların artıq oktyabrın 13-də azad edilə biləcəyini bildirmişdi.

Həmçinin, HƏMAS hərəkatı və İsrail Qəzza zolağında döyüş əməliyyatlarının dayandırılması haqqında razılaşma çərçivəsində azad etmək istədikləri məhbusların və girovların siyahıları ilə bağlı müzakirə aparmışdılar.

Xatırladaq ki, İsrail hökuməti tərəfindən razılaşma təsdiqləndikdən sonra 72 saat ərzində HƏMAS-ın sağ qalan israilli girovları təhvil verəcəyi nəzərdə tutulur. Ölən girovların cəsədlərinin təhvil verilməsi üçün isə daha çox vaxta ehtiyac var.




Ana səhifəyə qayıt        Baxış: 2 923          Tarix: Bu gün, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma