Xəbər lenti

"Tramp marşrutu" (TRIPP) - dəmir yolu infrastrukturu və energetika da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açan perspektivli investisiya layihəsidir.

"Report" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Brüsseldə "Global Gateway" beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Paşinyan vurğulayıb ki, müasir tarixdə ilk dəfə olaraq Cənubi Qafqaz "öz istifadə olunmamış potensialını üzə çıxarmağa" və Avropa ilə Mərkəzi Asiya arasında həm siyasi, həm də logistika baxımından daha geniş, maneəsiz əlaqələrə inteqrasiya etməyə hazırdır.

"Avqustun 8-də Vaşinqton sammitində ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan xüsusilə ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə əsaslanan regional kommunikasiyaların açılması ilə bağlı razılıq əldə edib. Bundan əlavə, Ermənistan və ABŞ qarşılıqlı şəkildə müəyyən edilmiş üçüncü tərəflərlə birlikdə regionda və onun hüdudlarından kənarda əlaqələrin genişləndirilməsinə əhəmiyyətli təsir göstərəcək TRIPP layihəsini həyata keçirəcək", - baş nazir əlavə edib.

O, həmçinin Ermənistanın Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya arasında körpü olmağa hazır olduğunu deyib:

"Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyada iştirakının genişləndirilməsi bu gün heç vaxt olmadığı qədər aktualdır. Ermənistan bu regionları birləşdirməyə, infrastruktur əlaqələrini, rəqəmsal, enerji və normativ-hüquqi uyğunluğu möhkəmləndirməyə, eləcə də Aİ ilə institusional uyğunluğu təmin etməyə hazırdır".




Ana səhifəyə qayıt        Baxış: 3 175          Tarix: Bu gün, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma