Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir diplomatik və iqtisadi sanksiyalar tətbiq etdikləri Qətərlə dialoqa hazır olduqlarını bildirib.
Publika.az xəbər verir ki, embarqo tətbiq edən ölkələr Qətərdən sadəcə 13 maddəlik tələb siyahısını yerinə yetirməsini tələb edir.
Sanksiyaçı ölkələrin nümayəndələri ABŞ-da keçirilən Birləşmiş Millətlər Təşkilatının 72-ci ənənəvi toplantısı çərçivəsində bir araya gəlib. 4 ölkənin adından çıxış edən Misirin xarici işlər naziri Şükri ölkələrin heç kimin daxili işlərinə qarışmadığını bildirib. O, Qətərin də onların daxili işlərinə qarışmaması lazım olduğunu dilə gətirib.
Qeyd edək ki, yuxarıda adıçəkilən 4 ölkə bu ilin iyun ayından etibarən Qətərlə bütün diplomatik əlaqələri kəsmiş, bunun nəticəsində körfəzdə böyük böhran başlamışdı. Sanksiyaçı ölkələr Qətərlə münasibətləri bərpa etmək üçün 13 maddəlik siyahı hazırlamış, lakin Qətər beynəlxalq hüquqlara zidd olduğu üçün siyahını rədd etmişdi.
Paylaş: