İyunun 5-dən etibarən Qətərə embarqo tətbiq edən BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn artıq çıxılmaz vəziyyətdə qalıb.
Publika.az xəbər verir ki, Körfəz ölkələri Doha rəhbərliyinin güclü və sarsılmaz siyasəti qarşısında çətin vəziyyətə düşüb və bu vəziyyətdən çıxmaq üçün təcili həll yolu tapmağa çalışır.
Koalisiya ölkələrinin tələb etdikləri 13 maddəlik siyahı Qətər tərəfindən rədd edildikdən sonra, onlar 6 maddəlik növbəti tələb siyahısını hazırlayıblar. Lakin Qətər bu siyahını da qəbul etməyib.
Məsələ ilə bağlı açıqlama verən Səudiyyə Ərəbistanının Birləşmiş Millətlərdəki səfiri Abdullah əl-Müəllimi dörd ölkə adından çıxış edərək Qətərin 6 maddəlik ikinci siyahını qəbul etməsini rica edib. Əlavə olaraq, bu siyahını qəbul etməklə Qətərin heç bir çətinlik qarşısında qalmayacağını deyib.
Səfir “Əl-Cəzirə” telekanalının bağlanmasına ehtiyac olmadığını vurğulayaraq, əsas məsələnin qonşu ölkələrin anlaşa bilmək olduğunu deyib.
Bununla da Əl-Müəllimi körfəz ölkələrinin Qətərə olan sərt münasibətində dəyişikliklərin ilk siqnalını verib.
Zümrüd
Paylaş: