Xəbər lenti

Qətər dörd ərəb ölkəsinin tələbi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Qətər əmiri Təmim bin Hamad əl Sani BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon söhbətində deyib.

"Əl-Cəzirə" telekanalının məlumatına görə, Qətər əmiri danışıqlar masası arxasına əyləşməyi və ümumi maraqlar üzrə nəticə əldə etmək məqsədi ilə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin irəli sürdüyü tələbləri müzakirəyə qoymağı təklif edib.

Cari ilin iyun ayında yuxarıda adları keçən dörd ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri kəsdiklərini elan ediblər. Onların fikrincə, Qətər terrorçuluğa dəstək verir və onların daxili işlərinə qarışır. Həmçinin Qətərə qarşı iqtisadi qadağalar tətbiq edilib.




Ana səhifəyə qayıt        Baxış: 899          Tarix: 9-09-2017, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma