Xəbər lenti
Bu gün, 19:23
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
Xaçmazda IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş karate üzrə zona yarışlarının qalibləri müəyyənləşib.
Ovqat.com xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 8-15 yaşlı oğlanlar və qızlar medallar uğrunda mübarizə aparıb. Turnirə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı və Qobustanı təmsil edən 250-yə yaxın idmançı qatılıb.
Açılış mərasimində qeyd olunub ki, təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların əsas məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
Gərgin mübarizə şəraitində keçən yarışların komanda hesabında qalibi sumqayıtlı karateçilər olub. İkinci yerə Xaçmaz, üçüncülüyə isə Abşeron idmançıları yüksəlib.
16 çəki dərəcəsi üzrə mübarizənin sonunda həm fərdi, həm də komanda hesabında qalib gələn idmançılar mükafatlandırılıblar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar