Xəbər lenti

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tənqidçi, publisist,filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan  Respublikası mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş  redaktoru Azər Turanın 60 illik yubileyi geniş şəkildə qeyd edildi.

Ovqat.com xəbər verir ki, yubiley tədbirini Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Respublika Mətbuat Şurasının sədri, şair Rəşad Məcid  açaraq  Azər Turanın yaradıcılığı haqqında qısa məlumat verdi, ədəbiyyatımızda və mədəniyyətimizdə  Azər Turanın yeri və rolu haqqında söhbət açdı.

Azərbaycan Yazıçılar Birliyinin  sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli  Elmlər Akademiyasının  Prezidenti, Akademik İsa Həbibbəyli, xalq yazıçısı Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyi  ağsaqqallar   şurasının sədri, xalq şairi Nəriman Həsənzadə, Akademik Teymur Kərimli, filologiya elmləri doltoru Elnarə Akimova, Akademik Muxtar   İmanov, Akademik Nizami Cəfərov, xalq yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək  Azər Turanın yaradıcılındakı ayrı-ayrı məqamlardan söhbət açdılar.


Sonda Azər Turan çıxış edərək bu günün onun həyatında mühüm məqamlardan biri olduğunu qeyd etdi və tədbirdə iştirak edən qonaqlara öz dərin minnətdarlığını bildirdi.

 




Ana səhifəyə qayıt        Baxış: 2 024          Tarix: 21-09-2023, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma