Xəbər lenti

Almaniyanın Ukraynada tikdiyi “Rheinmetall” zavodu Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bildirək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynadakı “Rheinmetall”da “atəşfəşanlığı” səbirsizliklə gözlədiyini söyləmişdi.

Xatırladaq ki, Almaniyanın “Rheinmetall” korporasiyası Ukraynada 4 ədəd hərbi təyinatlı zavod tikir. Nəqliyyat vasitələri istehsal edən zavodlardan biri artıq fəaliyyətə başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 843          Tarix: 29-10-2024, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma