Xəbər lenti

Rusiya səfirliyi Rusiya daşınmaz əmlakına həbs qoyulması ilə əlaqədar Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Finlandiyadakı səfirliyindən məlumat verilib.

Diplomatik missiya Finlandiya hakimiyyət orqanlarının qərara yenidən baxılmasını tələb etmək niyyətindədir.

Bildirilir ki, Finlandiyada ələ keçirilən obyektlərin yarısı diplomatik daşınmaz əmlakdır.

Qeyd edək ki, bir müddət öncə Finlandiya Rusiyaya məxsus daşınmaz əmlaklara həbs qoyub. Buraya səfirlik əməkdaşlarının yaşadığı bağ evləri və mənzillər, habelə rəsmi məqsədlər üçün istifadə olunan və diplomatik toxunulmazlığa malik olan obyektlər daxildir.




Ana səhifəyə qayıt        Baxış: 2 976          Tarix: 29-10-2024, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma