Xəbər lenti

Almaniya iranəsilli vətəndaşının Cəmşid Şarməhdinin edam edilməsinə görə İrandakı səfirini geri çağırıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Eyni zamanda, Berlinin edama etirazını çatdırmaq üçün İranın müvəqqəti işlər vəkili Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, ötən gün Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhdi İranda edam edilib. Cəmşid Şarməhdi 2020-ci ildə BƏƏ-yə səfəri zamanı oğurlanaraq zorla İrana aparılıb. 2023-cü ilin fevralında İran məhkəməsi onu milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edərək edam cəzasına məhkum edib. Cəmşid Şarməhdi 2008-ci ildə Şirazda dini mərkəzdə 14 nəfərin ölümü və 215 nəfərin yaralanması ilə nəticələnən ölümcül partlayış hadisəsində günahlandırılan Tondar adlı monarxist qrupa rəhbərlik etməkdə təqsirli bilinib.




Ana səhifəyə qayıt        Baxış: 3 185          Tarix: 29-10-2024, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma