Xəbər lenti

Gürcüstandakı seçkilərin nəticələrinin legitimləşməsi yaxın 10 gündə baş verəcək və yeri gəlmişkən, elə bu müddətdə də ABŞ-dakı seçkilər bitəcək. ABŞ-dakı seçkilərin nəticələri də Gürcüstandakı seçkilərin nəticələrinə, qəribə səslənsə də, təsir göstərəcək.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Gürcüstandakı seçkisonrası vəziyyətlə bağlı danışarkən deyib.

O, hazırkı hökumətin devrilməsi məsələsinin gözlənilmədiyini bildirib:

“Düşünürəm ki, Gürcüstanda küçə, mitinqlər yolu ilə hakimiyyət dəyişikliyi mümkün deyil. Çünki kifayət qədər seçki institutları, demokratik təsisatları, məhkəmələri var. Buna görə də küçə yolu ilə orada hakimiyyəti devirmək mümkün olmayacaq. Qərb bir müddət Gürcüstana təzyiq edəcək. Məncə, indiki hökumətlə də hansısa bir formada anlaşacaqlar. Zatən anlaşırlar da. 12 ildir indiki hökumətlə Qərbin çox yaxşı münasibəti var”.

Qeyd edək ki, 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində səslərin 99,97%-i sayılandan sonra hakim Gürcü Arzusu Partiyası 53,93 faiz səslə qalib gəlib. Parlamentə düşən 4 müxalif koalisiya və Prezident Zurabişvili seçkinin saxtalaşdırıldığını bildirib və nəticələri tanımaqdan imtina edib.




Ana səhifəyə qayıt        Baxış: 3 167          Tarix: 29-10-2024, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma