Bir ölkədə nə qədər çox şokolad istehsal edilirsə, o ölkədən Nobel mükafatı qazananın çıxma ehtimalı bir o qədər çoxdur.
Bu, artıq təsdiqlənmiş məlumatdır. İsveçrə isə bu məsələdə ilk sırada yer alır.
Ovqat.com musavat.com-a istinadən bildirir ki, Nyu-Yorkun Kolumbiya Universitetindən doktor Franz Messerlinin araşdırmasına görə, insanların qidalanma tərzi ilə onun zəkası, intellektual səviyyəsi arasında birbaşa bağlılıq var. Məsələn, kakao çəyirdəyi, yaşıl çay və qırmızı şərabın tərkibindəki antioksidan flavonoid maddəsi xərifləmə riskini azaldır, yaşlı insanlarda zehni fəaliyyətinin güclənməsini təmin edir. Messerli deyib ki, bir toplumun ağıl səviyyəsini araşdırmaq mümkün olmasa da, Nobel mükafatı alanlardan çıxış edərək, həmin toplumun zəka səviyyəsi haqda təsəvvürə malik olmaq mümkündür. Onun sözlərinə görə, adam başına şokolad istehlakı ilə Nobel mükafatı qazananların sayı arasında bir əlaqə var. İsveçrə həm şokolad istehlakı, həm də Nobel mükafatı qazananlar sırasında ilk yerlərdə dayanır. ABŞ, Fransa və Almaniya orta, Çin, Yaponiya və Braziliya isə alt sıralarda yer alır.
Siyahıda o da ortaya çıxıb ki, adambaşına 6.4 kilo şokolad yeyən isveçlilərin 14 mükafat almalı olduğu halda 34 mükafata layiq görülməsi də diqqət çəkir. Messerli bu vəziyyəti zarafatla şərh edib: "Ya Nobel komitəsi öz xalqına güzəşt edir, ya da isveçlilərə az şokolad belə bəs edir".
Paylaş: