İnsanlıq tarixində ən çox maraq oyadan və sirrini hələ də qoruyan kitablar mövcuddur.
Milli.Az həmin kiatbların siyahısını təqdim edir.
1. "El AZİF Necronomicon" (Öldürən Kitab)
Bu kitabın dəli bir ərəb olan Əbdül əl Hazred tərəfindən yazıldığı iddia edilir. Bu kitabın digər sehrli kitablardan fərqi onu oxuyan hər kəsə böyük təzyiq göstərməsi və onu öldürməsidir. Kitabı tərcümə etməyə çalışan italiyalı keşiş onu oxuyarkən dəli olmağa başladığını deyib və həm kitabı, həm də tərcüməsini yandırıb. Lakin sonradan kitabın yanmadığı ortaya çıxıb. Bu kitabın izinə düşənlər içində Adolf Hitlerin də olduğu bildirilir.
2. "Tibet Ölülər Kitabı"
"Tibet Ölülər Kitabı" ölən insanın digər dünyada necə davranmalı olduğundan bəhs edən müqəddəs bir kitabdır.
3. "Hz. Süleymanın Kitabı"
Rəvayətə görə, insanların və cinlərin peyğəmbəri olan Hz. Süleymanın bu kitabını cinlər yazıb və Süleymana hədiyyə ediblər.
4. "Grimoire"
Bu kitab bir sehrbaz və ya cadugər üçün lazım olan hər şeydən bəhs edir. Kitab qara magiyanın sirlərini özündə ehtiva edir.
5. "Kölgələr" Kitabı
Bu kitab neo-paqan bir cadugər tərəfindən yazılıb. Burada da qara magiya və cadugərlik haqqında bilgilər yer alır.
6. "Monolitin İnsanları"
Qara magiyadan bəhs edən bu kitabın müəllifi dəlilər dispanserində havalanaraq ölüb.
7. "Həvas"
Bu kitab bu gün də böyük alimlər tərəfindən istifadə edilir. Kitabda yaxşılıqlardan pisliklərə qarşı necə istifadə edilməsi barədə danışılır.//publika.az
Paylaş: