Xəbər lenti

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Strateq.az DSX-ya istinadən xəbər verir ki, 2018-ci ilin mart ayının 20-də Astara rayonu istiqa­mətində naməlum üzmə vasitəsinin sərhəd su­­la­rımıza daxil olması müəyyən edilib:

"Üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla həmin istiqa­mətdə dövlət sərhədinin müha­fi­zə­sində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­miş, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olun­muşdur. Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilmiş, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azər­baycan Respublika­sı­na mən­sub böl­mə­sini tərk etmiş­dir. Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycan Respubli­kasına məx­sus “Yamaha-75” mühərrikli “ŞA-293” bort nöm­­­­­­rəli qayıq müşahidə edilmiş və saxlanılmışdır. Üzmə vasitəsinin heyət üzv­lə­r­inin – Astara ra­yon Şah­ağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quli­yev Seymur Mir­zəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını poz­maları müəyyən olun­muşdur".

Məlumata görə, həmin ərazidə sərhəd gözətçi gəmisi tərə­findən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağ­lama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub: "Saxlanılmış üzmə vasitəsinin heyət üzvlə­ri­nin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətir­ilmə­sin­də iştirakları müəyyən edilib".

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 22-03-2018, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma