Xəbər lenti

Mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-1993-cü illdərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmovun həbsindən sonra daha üç nəfər saxlanılıb.

Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov “Amerikanın Səsi”nə bildirib ki, mayın 10-da Saleh Rüstəmovun qardaşı Valehin oğlu Vidadi Rüstəmli Bakının Nərimanov rayonu ərazisində saxlanılıb.

“Mayın 12-də Vidadinin dayısı oğlu Azər Adamov Türkiyədən gələrkən Bakı aeroportunda saxlanılıb. Azər sadəcə Vidadiyə zəng edibmiş ki, aeroportda onu qarşılasın. Mayın 13-də Vidadinin dostu, Rusiya vətəndaşı olan Bəhruz Tağıyevi Gədəbəydə saxlayıb Bakıya gətiriblər”,  – o, qeyd edib.

Taleh Rüstəmli insanların saxlanılmasının səbəbləri ilə bağlı hər hansı məlumata malik olmadığını bildirib: “Biz qohumlarımızın harada saxlanıldığı və hansı səbəbdən saxlanılması barədə məlumata malik deyilik. Vəkillərinin onlarla görüşünə də imkan verilmir”.

Qeyd edək ki, Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə S.Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.

Rəsmi qurumlardan bu həbslərlə bağlı hələ məlumat almaq mümkün olmayıb/”Amerikanın Səsi”

 




Ana səhifəyə qayıt        Baxış: 639          Tarix: 14-05-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma