Xəbər lenti
 
 Norveçin Rjukan qəsəbəsində yaşayan insanlar, dağın təpəsinə yerləşdirdikləri nəhəng güzgülər sayəsində, iki yüz il sonra şəhər mərkəzində qış günəşindən faydalana biliblər. Sputnik Azərbaycan Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, dərin bir vadi içində yerləşən bu qəsəbədə altı ay qış fəsli olur. Həmin müddətdə günorta saatlarında belə, ətraf dağlar Günəş şüalarının qarşısını kəsir. Bu dəfə quraşdırılan nəhəng güzgülər sayəsində qəsəbə meydanına Günəş işığının düşməsi sakinlərin hədsiz sevincinə səbəb olub.Nəhəng güzgülərin qiyməti 835 min dollardır Rjukanda güzgülərdən istifadə fikri ilk dəfə 100 il əvvəl təklif edilib. Bu qəsəbənin sakinləri ilin 6 ay ərzində Günəşin üzünü görə bilmirdilər. Qəsəbənin qarşısındakı təpənin ən yüksək nöqtəsinə yerləşdirilən nəhəng güzgülərin qiyməti 835 min dollardır.




Ana səhifəyə qayıt        Baxış: 1 125          Tarix: 9-04-2017, 19:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma