Xəbər lenti

Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan aprelin 2-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrini şərh edib.
İlkin rəsmi nəticələrə görə, parlamentə dörd siyasi qüvvə düşüb. Prezident Serj Sərkisyanın liderlik etdiyi hakim Respublika Partiyası 49,12% səslə qalib olub, Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyanın liderlik etdiyi Sarukyan bloku 27,32% səs alıb, üç müxalif partiyanın yaratdığı “Yolk” bloku 7,77%, Respublika Partiyasının hakimiyyət ortağı olan Daşnaksütun Partiyası 6,57% səs yığıb.
Ter-Petrosyan Erməni Milli Konqresi ilə Xalq Partiyasının qurduğu blokun siyahısında birinci idi. Bu blok 1,65% səs alıb. Keçmiş prezident deyib ki, milli sərvətin qanuni və qanunsuz yolla bir qrup ailənin əlində cəmləşdiyi, xalqın isə dilənçi vəziyyətdə olduğu ölkədə seçkidən ayrı nəticə gözləmək siyasi savadsızlıq olardı: “İndi bizə Respublika, Çiçəklənən Ermənistan, Daşnaksütun partiyalarının və “Yolk” blokunun Ermənistan iqtisadiyyatını necə inkişaf etdirəcəyini, investisiya axınını necə təmin edəcəyini, ordunu necə gücləndirəcəyini, artan mühacirətin qarşısını necə alacağını, ən başlıca məsələni – Qarabağ münaqişəsini necə həll edəcəyini gözləmək qalır”.
Sabiq prezident Erməni Milli Konqresinin seçki kampaniyası dövründə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemini siyasi gündəmin əsas məsələlərindən biri kimi təqdim etdiyini vurğulayıb: “Qısa müddət ərzində sülh, barışıq, mehriban qonşuluq şüarları ətrafında, kütləvi olmasa da, ictimai hərəkat formalaşıb və bu proses inkişaf edəcək. Bu hərəkatın yalnız bir məqsədi var – Ermənistanı və Qarabağı təhdid edən fəlakətin qarşısını almaq. Yeni parlamentdə təmsil olunan qüvvələr Qarabağı itirmədən və bir qarış da torpaq güzəştə getmədən gözlənən fəlakətin qarşısını ala bilsələr, onlara minnətdar olarıq. Sülh indi lazımdır, fəlakətdən və yeni mənasız itkilərdən sonra yox. Bundan sonra sərhəddə ölən hər bir əsgərə görə parlamentdə təmsil olunan siyasi qüvvələr cavab verməli olacaq”.
Xatırladaq ki, Ter-Petrosyan Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının əsas ideloqlarından sayılır. O, 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib (əvvəl parlamentin sədri, daha sonra prezident kimi). 1998-ci ilin fevralında Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşdığı üçün istefa verməyə məcbur edilib. O, 2 aprel seçkisinin təşviqat mərhələsində sabiq prezident Azərbaycanla sülh əldə etmək şüarlarına üstünlük verib. Seçkidən bir neçə gün əvvəl Ter-Petrosyan “Kentron” telekanalına müsahibəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını qaçılmaz saydığını demişdi: “Xoşluqla geri verməsək, günlərin birində bu əraziləri sanksiyalarla geri alacaqlar. Məgər Ermənistan dünya ictimaiyyətinə sinə gələ bilən dövlətdir? Məgər biz BMT-ni, ATƏT-i, ABŞ-ı, Rusiyanı, Fransanı diz çökdürə bilərik? Bu əraziləri əldə saxlamaq qeyri-mümkündür, hətta Bakı alınsa belə. “Bir qarış da torpaq vermək olmaz” deyənlər bu millətə qəbir qazır. Biz belə vətənpərvərləri bir dəfə görmüşük. Əraziləri vermədilər, ancaq bütün ölkəni verdilər”.
       
 q prezident Levon Ter-Petrosyan aprelin 2-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrini şərh edib.

Ana səhifəyə qayıt        Baxış: 1 283          Tarix: 4-04-2017, 20:41      

Xəbəri paylaş

Paylaş:   

Prizma