Xəbər lenti
Bu gün, 12:53
Bu gün, 11:49
Bu gün, 10:30
Bu gün, 00:05
Dünən, 22:45
Dünən, 21:28
Dünən, 20:43
Dünən, 19:34
Dünən, 18:33
Dünən, 18:00
Dünən, 16:33
Dünən, 14:10
Dünən, 13:42
8-10-2024, 22:00
Almanlar 19-əsrin əvvəllərindən başlayaraq Azərbaycana köç edib. Onlar burada daha çox indiki Göygöl, Ağstafa, Tovuz və Şəmkir ərazilərində məskunlaşıblar.
Burada təxminən 120 ildən çox yaşayıblar və SSRİ-nin İkinci Dünya müharibəsinə qoşulmasilə Sibirə və Qazaxıstana köçürülüblər.
BBC –nin müxbiri Günel Səfərin almanların Azərbaycana köçü barədə reportajında bu köçürülmə ilə bağlı maraqlı məqamalar yer alıb.
Bəs almanlar Azərbaycana niyə gəliblər?
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi və Tarix üzrə elmlər doktoru İkram Ağasiyev deyir ki, almanların dünyanın müxtəlif yerlərinə köçü əsrlər əvvəl başlayıb.
Lakin onların Qafqaza köçürülməsi Azərbaycanın Çar Rusiyası tərəfindən işğal edilməsilə bağlıdır. Yəni o vaxtkı Azərbaycan ərazilərinin İran və Rusiya arasında bölünməsinə imkan verən Gülüstan müqaviləsindən sonra Rusiya məskunlaşdırma siyasətinə başlayır və Qafqaza Avropa xalqlarının köçürülməsi təklif olunur. Bu təklifi Qafqaz qoşunlarının baş komandanı General Yermolov edir.
O, yerli camaata kənd təsərrüfatı və digər sahələrdə nümunə olmaq üçün almanların köçürülməsini və bir kənd yaradılmasını istəyir. Beləliklə, 1817-ci ildə Vürtemberq ərazisindən 40 ailə dəvət olunur. Onların 9-u Ukraynada qalmağı seçir, 31 ailə isə Gürcüstanda Tiflis yaxınlığındakı Sartiçala kəndində məskunlaşdırılır.
Yermolovun göstərişi ilə onlara torpaqlar ayrılır. Bu xəbərin Almaniyada yayılması başqa ailələrin Qafqaza maraq göstərməsinə səbəb olur: "Əhali özbaşına, heç bir rəsmi qərar olmadan Qafqaza gəlməyi qərarlaşdırdı. 1500 ailə 10 kalona bölünərək Qafqaz istiqamətində hərəkətə başladı"-deyə, cənab Ağasiyev BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, general Yermolov əvvəlcə bu qədər insanın köçünə narazılıq etsə də, daha sonra çar hökuməti onların gəlməsinə etiraz etməyib.
Dini səbəblər
İkram Ağasiyev almanların Qafqaza köçünün 2 səbəbi olduğundan danışır. Bunlar sosial -iqtisadi və dini səbəblərdir.
Onun sözlərinə görə, 18-ci əsrin sonları və 19-cu əsrin əvvəllərindəki müharibələr alman xalqını yormuşdu və ciddi sosial problemlər qarşısında qoymuşdu. Bu səbəbdən onlar başqa ərazilərə köç edirdilər. “Lakin Qafqazı seçən almanların əsas səbibi din olub” –deyə tarixçi bildirir: "Bu 1500 ailə, yəni 6 min adam fanatik inancı olan insanlar idi. Almaniyada rəsmi lüteran kilsəsinin doqmalarını qəbul etməyənlər, İsus Xristosun 1000 illik çarlığına inananlar idi".
Bu şəxslərin inancına görə, 1836 -cı il 19 noyabrda dünyanın sonu olmalı idi və müqəddəs torpaqlarda İsa peyğəmbərin 1000 illik çarlığı qurulmalı idi:
"Onlar hesab edirdilər ki, müqəddəs torpaqlar Fləstinlə yanaşı, Qafqaz da sayılır. Nuh peyğəmbərinin gəmisi Qafqazda qalmışdı, və nəsli buradan yayılmışdı və s. Onlar inanırdı ki həmin vaxt kim o torpaqlarda yaşayırdısa, o çarlıqda da yaşayacaqdı", -deyə tarixçi izah edir.
1818-in yayında bu alman ailələri Odessaya çatırlar. Bir hissəsi yenidən Ukraynada qalmağı seçir, 500 ən fanatik ailə isə Qafqaza gəlmək məqsədlərinin arxasınca düşürlər.
Azərbaycana köçürülmə
Həmin ilin sentyabrında ailələr Gürcüstana gəlirlər. Onlardan 209 ailənin Azərbaycan ərazilərinə köçürülməsi barədə qərar verilir.
Ailələrdən 118-i Gəncədən 7-8 km aralıqda yerləşən, yerli əhalisi Çar Rusiyasının hakimiyyətini qəbul etməyərək Osmanlı və ya İran ərazilərinə köçmüş Xanlıqlar kəndinə gətirilir.
91 ailə Şəmkir şəhərinin ətrafındakı ərazilərdə yerləşdirilir. Tarixçi alim deyir ki, Xanlıqlar kəndində alman koloniyası yaradılır. Koloniya – əkinçi məskəni deməkdir. Gələcəkdə bu ərazi çar I Aleksandrın bacısının şərəfinə Yelenendorf (Helenendorf) adlandırılacaq.
Ərazilər boş olduğu üçün qış ayları ərzində alman ailələri azərbaycanlı ailələrin evlərində yaşayırlar. 1819-cu ilin mart ayında isə Çar hökumətinin Peterburqdan göndərdiyi memar Demidov onların evlərinin layihəsini hazırlayır: "Bu zaman onların alman olması nəzərə alınır və ölklərindəki kimi eyni memarlıq üslubu saxlanılır", -deyə İkram Ağasiyev qeyd edir.
Onun sözlərinə görə, ailələrə dövət hesabına ev tikilir. Hər ailəyə 35 desyatin, təxminən 38 hektar torpaq verilir.
Tərki-dünyalıq və uğur
Amma 19-cu əsrin ortalarına qədər alman məsklənləri təsərrüfatda naliyyət əldə etmir. Tarixçi alim deyir ki, bu onların dini inancları ilə əlaqədar idi və insanlarda tərki dünyalıq əhval ruhiyyəsi vardı. Bu səbəbdən 1844-cü ildən sonra fanatik əhalinin Fələstinə köçünün qarşısı çar hökuməti tərəfindən alınır. Çünki onların dövlətə borcu var idi: "Onlara, inəyin biri 9 qəpik olduğu dövrdə 1 milyondan çox xərc çəkilmişdi. Bu da çar hökumətində qəzəb yaratmışdı", -deyə cənab Ağasiyev deyir.
1844-cü ildən sonra almanlar təsərrüfat fəaliyyətində uğur qazanmağa başlayırlar.
Almanlar Azərbaycanda ipəkçilik, düyü istehsalı və tütünçülüklə məşğul olmağa cəhd etsələr də bu cəhdlər baş tutmayıb. Daha sonra onlar, ən çox uğur qazandıqları kənd təsərrüfatı sahəsini tapa biliblər.
Üzümçülük və dolayısı ilə şərabçılıq bu koloniyalarda əsas məşğuliyyətə çevrilib:
"Rusiya İmperiyası ərazilərindəki 39 quberniyada alman şərabçıların firma mağazaları vardı. Saxalindən tutmuş Kalininqrada qədər. Helenendorf bir ildə Almaniya kimi dövlətin üzüm-şərab məhsullarının 15 faizini verirdi", -deyə İkram Ağasiyev izah edir.
Arzuolunmaz xalq
Almanların Qafqazdan köçürülməsi prosesinin başlanğıcı isə 1871-ci ildə vahid Almaniyanın yaranması ilə əlaqələndirilir.
İkram bəy deyir ki, o zamandan almanlar Rusiyada arzuolunmaz xalqların siyahısına düşüb.
1933-cü ildə Hitlerin nasional -sosialist partiyasının Almaniyada qalib gəlməsi, Almaniya ilə keçmiş SSRİ arasında 1941-ci ildə müharibənin başlaması ilə Rusiya SSRİ-nin Avropa hissəsindən almanların deportasiyası barədə qərar qəbul edib.
Cənubi Qafqazda yaşayan almanlar barədə 1941-ci ilin oktyabr ayında qərar qəbul olunur və onlar 15 gün ərzində Sibir və Şimali Qazaxıstana köçürülürlər. Köçürülmüş almanların yerinə isə ermənilər və yerli camaat gətirilir.
Dəyərli tarix səhifəsi?
Bu ildən başlayaraq Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə müxtəlif tədbirlər görülür. Bu barədə ölkə prezidenti belə sərəncam imzalayıb. Göygöl və Şəmkirdə alman evləri təmir edilsə də, Tovuz və Ağstafada evlərin bir çoxu hələ də baxımsız vəziyyətdədir.
Sakinlər onlara təmir barədə vəd verildiyini desə də, hələ ki bir xəbər yoxdur.
Amma Göygöldə Qafaz almanlarının muzeyinin hazırlanacağı bildirilir.
Burada yaşamış və ailəsi etnik baxımdan qarışıq olduğu üçün köçürülməyən Viktor Klayn öz vəsiyyəti ilə evini dövlət hesabına verib. Mədəniyyət Nazirliyi BBC Azərbaycancaya deyib ki, muzeyin nə zaman istifadəyə veriləcəyi dəqiq deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar