Xəbər lenti

 Növbəti ballistik raketin uğurlu buraxılışından sonra KXDR-in rəhbəri Kim Çen In bəyan edib ki, sınaqlar haqqında xəbər onları narahat olmağa vadar edəcək, Cənubi koreyalı cinayətkarlar isə daha da çox əziləcəklər.

Oxu.az xəbər verir ki, Şimali Koreya liderinin sözlərini ölkənin Mərkəzi teleqraf agentliyi sitat gətirib.

Bundan başqa o, gələcəkdə amerikalıların törətdikləri hərbi təxribatlar müqabilində daha böyük hədiyyələr alacağına ümid etdiyini də bildirib.

Qeyd edək ki, may ayının 29-na keçən gecə, KXDR ay ərzində artıq üçüncü raket buraxılışını həyata keçirib. Ölkənin şimali-şərqindəki Vonsan şəhərindən atılan “Skad” sinfinə aid raket 450 km-ə qədər məsafə qət edib.




Ana səhifəyə qayıt        Baxış: 866          Tarix: 30-05-2017, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma