Xəbər lenti

 

Rusiya Uzaq Şərqdəki raketdən müdafiə sistemlərini döyüşə hazır vəziyyətə gətirib.

Ovqat.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov bildirib.

Onun sözlərinə görə, rus ordusunun müharibə şəraitinə keçməsi Şimali Koreyanın raket sınaqları ilə əlaqədardır:

“Düzdür, Rusiya bu atışların hədəfi deyil, lakin özünü hər cür hadisədən qoruması da lazımdır”.

Qeyd edək ki, Şimali Koreyanın öz raketlərini tez-tez sınaqdan çıxartması Uzaq Şərqdə vəziyyəti xeyli gərginləşdirib. Son zamanlar ABŞ-ın öz hərbi gəmilərini Şimali Koreya sahillərinə göndərmək istəməsi dünya dövlətləri arasında ciddi təşvişə səbəb olmuş, xüsusilə Rusiya və Çin sərhədlərində başlayacağı gözlənilən böyük müharibə ehtimalına qarşı tədbirlər görməyə çalışmışlar.

Rəsmi Pxenyanın sınaqdan çıxartdığı son raket isə gərginliyi pik nöqtəsinə yüksəltmişdi. Pentaqon yetkililəri həmin raketin növünü təsbit edə bilmədiklərini açıqlamış, ABŞ prezidenti isə Rusiyanı öz mövqeyini ortaya qoymağa çağırmışdı. Trampın fikrincə, sınaqdan çıxarılan son raket Rusiyanın sərhədlərinə yaxın əraziyə düşdüyündən, Moskva buna laqeyd qalmamalıdır.

Ozerovun bəhs etdiyimiz açıqlamanı məhz bu iraddan sonra səsləndirməsi həm də Trampın açıqlamasına cavab  kimi qiymətləndirilə bilər. Rus yetkilisi raketlərin hədəfinin özləri olmayacağını açıqlamaqla, bir növ, Trampa “əsl narahat olmalı ünvanın Vaşinqton” olduğunu xatırladıb, bununla belə, Moskvanın da gərginliyə biganə qalmadığını da nümayiş etdirib.




Ana səhifəyə qayıt        Baxış: 1 174          Tarix: 14-05-2017, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma