Xəbər lenti
Aprelin 5-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.
Azərtac-ın da informasiya dəstəyi verdiyi Zirvə toplantısında Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Toplantıda dövlət və hökumət rəsmiləri, diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri, KİV və QHT nümayəndələri iştirak edirlər.
Əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin toplantı iştirakçılarına təbrik məktubunu oxuyub. Təbrik məktubunda bildirilir ki, artıq Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi toplantılar regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. Qeyd edilir ki, Azərbaycan uzun illərdən bəri region dövlətləri arasında münasibətlərin inkişafı, ölkələrin iqtisadi potensialının, təbii ehtiyatlarının nəqliyyat və logistika imkanlarının əməkdaşlıq və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər uğurla davam etdirilir, Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi–Qars dəmir yolunun inşası artıq yekunlaşmaq üzrədir. Vurğulanır ki, Avrasiya məkanında sosial rifahı, əməkdaşlığı və sabitliyi təhdid edən amillərdən biri həll olunmamış münaqişələrdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi indiyədək ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının köməyi ilə Azərbaycanın iyirmi faizdən artıq ərazisini işğal edib, etnik təmizləmələr və soyqırımları törədib.
Azərbaycanın energetika naziri Natiq Əliyevin sədrliyi ilə açılışı olan Zirvə toplantısında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin məruzəsi dinlənilib. O, Zirvə toplantısının önəmindən, iştirakçıların inkişaf və tərəqqiyə, separatizmə və terrorçuluğa qarşı mübarizəyə böyük önəm verməsindən danışıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən bəhs edən məruzəçi vurğulayıb ki, Zirvənin bir panelinin İslam həmrəyliyi mövzusuna həsr edilməsi Azərbaycan Prezidentinin bu təşəbbüsünə dəstəkdir. Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzkar siyasətini beynəlxalq hüquqa və insanlığa qarşı dözülməz bir cinayət kimi dəyərləndirən Akkan Suver işğalçı qoşunların Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı sülhsevər dünya ictimaiyyətinə çağırışlar edib.
 Sonra Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, İstanbul Ticarət Palatasının sədri İbrahim Çağlar və İstanbul Hazır Geyim İxracatçıları Birliyinin sədri Mustafa Gültəpə çıxış ediblər



Ana səhifəyə qayıt        Baxış: 1 199          Tarix: 5-04-2017, 13:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma