Xəbər lenti
Dünən, 19:25

 

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vüqar Kərimov və Tural Hüseynov barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Ovqat.com xəbər verir ki, APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Kərimov 9 il, Tural Hüseynov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya şikayəti həmin hökmdən verilib.

 

Hadisə Pirallahı rayonunda baş verib. Adı çəkilən şəxslər Nuranə Hüseynovanın üzünə kimyəvi məhlul atmaqda təqsirləndirilir. Nəticədə qadın bir gözünü itirib.

 

Pirallahı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi istintaq hərəkətləri zamanı cinayəti törədən şəxslər, qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi - 1987-ci il təvəllüdlü Tural Hüseynov və icraçı – 1981-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 586          Tarix: 22-06-2017, 23:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma