Xəbər lenti

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Fuad Şükürov, Elnur Şükürov, Elman Əhmədov və Adil Lətifovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə Biləcəri qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla "Nissan" markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər. Bununla bağlı daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini E.Əhmədov, Salyan şəhər sakinləri F.Şükürov və E.Şükürov, həmçinin paytaxt sakini A.Lətifov tutulub.

Həmin şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Şükürov 12 il, E.Şükürov 11 il, A.Lətifov 10 il 6 ay və E.Əhmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 083          Tarix: 25-05-2017, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma