Xəbər lenti

Bakı Apellyasiya Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradov barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, R.Xanmuradovun azadlıqdan məhrumetmə cəzası 10 ildən 11 ilədək artırılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, R.Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Xanmuradov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı  isə apellyasiya protesti verib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 219          Tarix: 30-05-2017, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma