Xəbər lenti


Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, məsələ parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Məlumata görə, komitənin gündəliyində qeyd olunub ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ələdə edilən razılaşmanın Cənubi

Qafqazın təhlükəsizlik mühitinə təsirlərinə fokuslanılacaq. Komitə iclasında Gürcüstan kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze dinləniləcək.

İclasın qapalı keçəcəyi ehtimal edilir.



Ana səhifəyə qayıt        Baxış: 2 938          Tarix: 12-04-2021, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma