Xəbər lenti
Dünən, 23:59
Dünən, 22:00
Dünən, 20:21
Dünən, 17:48
Dünən, 12:13
Dünən, 11:51
Dünən, 00:02
7-02-2025, 21:30
7-02-2025, 20:57
7-02-2025, 18:17
7-02-2025, 18:00
7-02-2025, 15:00
7-02-2025, 13:47
Qədim Göyçə mahalının Çəmbərək rayonuna aid Yuxarı Şorca ( Verin Şorj) kəndi yaxınlığındakı postlardan Azərbaycan mövqelərini atəşə tutan ermənilər 2 hərbçimizi yaralayıblar.
Ovqat.com xəbər verir ki, məlumatı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumata görə, ermənilərdən də 1 nəfər yaralanıb.
Düşmən komandanlığı ilk atəşin Azərbaycan tərəfindən açıldığını iddia etsə də, bu zamana qədər sərhədlərdə yaşananlar tamamilə başqa mətləblərdən xəbər verir. Hətta erməni mənbələrinin özləri belə, postlara qeyri-peşəkar yaşlı adamların göndərikdiklərini, onların isə içib Azərbaycan mövqelərini atəşə tutduqlarını dəfələrlə etiraf ediblər. Azərbaycan Sərhəd Qoşunlarının yaydığı məlumata görə, sərxoş erməni əsgərlərinin mövqelərimizə açdığı atəşə adekvat cavab verməyimizin qarşısı isə rus “sülhməramlı”larının israrlı xahişi ilə alınır. Bu isə istər-istəməz ermənilərin harınlamasına səbəb olur.
Erməni hərbçilərinin bu cür təxribatlar törətməsinin əsl səbəbi Azərbaycanın atəşə atəşlə cavab verməsini təmin etmək, və nəticədə KTMT-in prosesə cəlb olunması üçün bəhanə yaratmaqdır. Dəfələrlə KMTM-ə etdikləri müraciətlər məhz Azərbaycanın təxribatlara silahlı cavab verməməsi, sadəcə tərəflər arasında sərhəd insidentlərinin yaşanması səbəbindən rədd olunub.
Öz torpağını qoruya bilməyən ermənilərin bu təxribatının qarşısı alınmalı, rəsmi Bakı Moskva qarşısında “ya hərb alətinə sahib çıx, ya da onu özüm cəzalandıracağam” tələbi qoymalı və bu istiqamətdə mühüm addım atmalıdır. Artıq belə olmur, səbrin tükənmə nöqtəsidir.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.
“Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb”.
Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən sorğuya cavab olaraq bildirilib.
“Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”, - deyə MN-dən qeyd edilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər