
Xəbər lenti
Bu gün, 18:17
Bu gün, 12:28
Bu gün, 10:05
Bu gün, 09:34
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55

Bu gün dərc etdiyimiz Rusiyanın medallı və medalsız dostları: Eyyub Hüseynov niyə gedib Siyavuş Novruzova qoşulub? sərlövhəli yazımıza “Azad İstehsalçılar” İctimai Birliyininin sədri Eyyub Hüseynovdan etiraz gəldi.
Ovqat.com-un əməkdaşı ilə danışan Eyyub Hüseynov hansısa biznes sahəsinə lobbiçilik etmədiyini vurğulayaraq, onun barəsində irəli sürülən ittihamların əsassız olduğunu bildirdi.
Eyyub Hüseynov yazımızdakı iddialarla bağlı AQTA-nın İctimaiyyətlə əlaqələr müdiri Mansur Piriyevlə danışdığını və Agentlik rəsmisinin saytımızda dərc olunan materialda irəli sürülən fikirlərin onların mövqeyini əks etdirmədiyini dediyini vurğuladı və sözünü təsdiqləmək üçün ikili arasında yazışmanı bizə göndərdi. Yazışmadakı bəzi zəruri hesab etdiyimiz cümlələri çıxmaqla mətni yayımlayırıq:
Eyyub Hüseynov:
Salam, hörmətli Mansur müəllim, təşkilatınızın o adını gizlədən şəxsə deyin ki, adın desin və mənim "biznesimi" xahiş edirəm ifşa etsin...
Cox saytlara bu məlumat ötürülüb, cox ciddi səhvlətə yol verir AQTA, dövlət orqanı böhtanla məşğul olmaz!!!
Mansur Piriyev:
Dəyərli Şura üzvləri, sözügedən məqalədə guya adının çəkilməsini istəməyən AQTA rəsmisi adından yayılan açıqlamalar absurd və reallıqdan uzaqdır. Agentlikdə çalışan hər hansı rəsmi şəxs tərəfindən belə bir açıqlama verilməyib və bu cür xəyali “rəsmi şəxs”in mövqeyi AQTA-nın mövqeyini əks elətdirmir.
Eyyub Hüseynov:
Onda AQTA həmin ssytda və digər KiV-lərdə rəsmi mövqeyin bildirsin. Düzdü, mən məhkəməyə - filan müraciət etməyəcəm, sadəcə o bədbəxt niyə əmək haqqı aldığı qurumu belə alcaldır?! Axı belə sifarişli yazını jurnalist özündən yazmaz, Siz də qələm adamısınız hörmətli Mansur bəy. Amma jurnalist nə alıbsa halalı olsun və mən bu vaxta kimi elə bilirdim ki AQTA-da paket yoxdu.
Eyyub Hüseynov Vəkillər Kollegiyasının üzvü, AİİB-in İH-nin üzvü Habil İsgəndərovun da məqalədəki fikirlələ bağlı ona yazdığı münasibətini də redaksiyamıza göndərib. Habil İsgəndərov yazır:
“Hörmətli Eyyub müəllim! "AQTA-nın adını çəkmək istəməyən rəsmisi"nin adından hər hansı məlumatın yayılması dövlət qurumu və məmur, rəsmi şəxs adına biabırçılıqdır. AQTA publik orqandır, onun əməkdaşı, rəsmisi gizlindən danışa bilməz, nə deyirsə, aşkar etməlidir özünü də, sözünü də şəffaf deməlidir. İndiki zamanda gəlinlər də duvaq arxasında gizlənmirlər, AQTA rəsmisi sayt arxasında niyə gizlənib qara PR alətinə çevrilir. Tam rüsvayçılıq, başqa ad tapa bilmirəm. Emosional ifadələr oldusa, üzrlü sayın, lütfən”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər