Xəbər lenti

 
Britaniyalı hərbi təlimçilər Kiyevdə Ukrayna qoşunlarına silahlardan istifadə qaydalarını öyrətmək fəaliyyətlərini bərpa ediblər.
 
Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın “Times” qəzeti bu məlumatı yayıb.
 
Bildirildiyinə görə, fevral ayından bəri ilk dəfə olaraq bu ölkəyə qayıdan Britaniya xüsusi təyinatlıları Ukrayna əsgərlərinə Kiyevdə və onun ətrafında təlim keçirlər. Faktı 2 ukraynalı zabit nəşrə açıqlamalarında təsdiqləyiblər. Onlar etiraf ediblər ki, Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsusi Hava Xidməti (SAS) təlimatçılarının rəhbərliyi altında təlim keçirlər. 
 
Həmçinin bildirilir ki, britaniyalı təlimatçılar ukraynalılara NLAW tank əleyhinə sistemlərdən istifadə etməyi öyrədəcək. 
 
Ukrayna Müdafiə Nazirliyi nəşrə açıqlamasında bu məlumatı rəsmən təsdiqləməyib.

Qeyd edək ki, ingilislərin SAS komandaları desant qüvvələri sahəsində dünyanın ən mahir döyüşçüləri sayılırlar. Bu komanda birlikləri İkinci Dünya Müharibəsi zamanı yaradılıb və bir sıra gizli əməliyyatları ilə faşist Almaniyasına ağır ağır zərbələr vurublar. Müharibədə göstərdikləri uğurlarına görə, London bu qoşunların qorumaq və saylarını artırmaq qərarına gəlib. 
 
Soyuq müharibə dövründə ingilis SAS komandaları bir sıra əməliyyatlara qatılıblar. Bunların sırasına Malaya təhlükəsi, İndoneziya-Malayziya münaqişəsi, Şimali İrlandiya konflikti, Folklend müharibəsi daxildir. SAS komandaları soyuq müharibədən sonra yaşanan İraq və Əfqanıstan müharibəsində də iştirak ediblər. 
 
Əsasən xarici hərbi əməliyyatlara Böyük Britaniyanın öncü qüvvələri kimi qatılan SAS komandasının gizli hücumları ilə məşhur olan snayperlər dəstələri də var. 
 
Böyük Britaniyanın bu təcrübəsindən Türk Ordusu da faydalanıb və eyni adlı komandalar yaradıb. Azərbaycan da bu təcrübəni Türkiyədən əxz edərək, özünün güclü komanda birliklərini yaratmağa qərar verib və Hadrutda ilk belə peşəkar ordu birləşməsini təsis edib. Prezident İlham Əliyevin dediyinə görə, bənzər hərbi birliklərin sayı artırılacaq və ölkəmizin müdafiə gücü möhkəmləndiriləcək.
 


Ana səhifəyə qayıt        Baxış: 5 833          Tarix: 16-04-2022, 09:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma