Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Böyük Britaniya Ukrayna ilə qonşu NATO ölkələrinə yüzlərlə hərbçi göndərməyi düşünür.
Ovqat.com xəbər verir ki, məlumatı “The Times” nəşri yayıb.
Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən verilən xəbərə görə, daha yüzlərlə Britaniya hərbçisi Rusiyaya qarşı “çəkindirici” rol oynamaq məqsədi ilə Baltikyanı ölkələrə göndərilə bilər.
Nəşrin məlumatına görə, NATO üzvləri Estoniya, Latviya, Litva və Polşada mövcudluqlarının gücləndirilib-gücləndirilməməsi ilə bağlı yüksək səviyyəli danışıqlar aparıblar.
Qəzet xatırladır ki, hazırda Böyük Britaniya Estoniyada 1,2 min nəfərlik döyüş qrupuna rəhbərlik edir. Qrupda 830 əsgər, tank, zirehli döyüş maşını, özüyeriyən artilleriya, mühəndis qrupu, hava hücumundan müdafiə və kəşfiyyat texnikası var.
Bundan əlavə, hazırda 140 Britaniya hərbçisi Polşada yerləşdirilib.
Çərşənbə günü məlum olub ki, son üç gündə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri C-17A Globemaster III ağır hərbi-nəqliyyat təyyarəsi ilə Ukraynaya səkkizinci uçuşunu həyata keçirib.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bazar ertəsi günü parlamentdə çıxış edərək, Böyük Britaniyanın Ukraynanı tank əleyhinə silahlarla təmin edəcəyini bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar