
Xəbər lenti
Bu gün, 11:53
Dünən, 18:17
Dünən, 10:05
Dünən, 09:34
23-02-2025, 23:10
23-02-2025, 22:48
23-02-2025, 21:25
23-02-2025, 20:17
23-02-2025, 19:15
23-02-2025, 18:28
23-02-2025, 17:31

Bayden administrasiyası uzaqmənzilli çoxlüləli raket sistemlərinin Ukraynaya təhvil verilməsi barədə qətnamə layihəsini təsdiqləyib.
Ovqat.com xəbər verir ki, “The New York Times” nəşri adını çəkmədiyi yüksək çinli ABŞ rəsmisinə istinadən bu məlumatı yayıb.
Məlumata görə, administrasiyanın bu qərarı gələn həftə ictimaiyyətə duyurulacaq.

Qeyd edək ki, ABŞ Konqresi aprelin 29-da “Ukraynada demokratiya üçün lend-liz - 2022” proqramı adlı qətnamə qəbul etmişdi. Qətnamə ABŞ prezidentinə Ukraynaya Konresdən icazə almadan silah göndərmək üçün müvafiq fərman imzalamaq səlahiyyəti verir. Üzərindən 10 gün keçməmiş Co Bayden Ukraynanın ABŞ-dakı səfiri qarşısında həmin qətnaməni təqdiqləmiş və beləcə sənəd hüquqi qüvvəyə minmişdi. Qətnamənin məhz mayın 9-da imzalanması da təsadüfi deyildi. Mütəxəssislər bunun Rusiyaya “proqnozlaşdırdığın qələbəni sənin burnundan gətirəcəyik” mesajı olduğuna inanırlar.
Az sonra isə ABŞ-ın Ukraynaya göndərməyi planlaşdırdığı silahların həcmi ortaya çıxmışdı. Mayın 19-da ABŞ senatı Ukraynaya 40 milyard dollarlıq hərbi və humanitar yardım paketinin ayrılması barədə layihənin lehinə səs vermişdi. Sənəd senatda səs çoxluğu ilə qəbul edilərək imzalanmaq üçün ABŞ Prezidentinə göndərilmişdi. Co Bayden də həmin qətnaməni 2 gün ərzində imzalayaraq mayın 21-dən etibarən qüvvəyə mindirmişdi.

Üzərindən cəmi 1 həftə keçməmiş Co Baydenin bu qanundan istifadə edərək Ukraynaya uzaqmənzilli raketlər göndərmək barədə Sərəcam imzalaması iyun ayının Rusiya üçün çox hərarətli keçəcəyindən xəbər verir. Hərbi ekspertlərin fikrincə, silahlar Ukraynaya təhvil verildikdən 1-2 həftə sonra Kiyev əks-hücum əməliyyatlarına başlaya bilər. Bu isə iyun ayının sonlarına və ya iyul ayının əvvəllərinə dəng gəlir.
Maraqlıdır ki, Rusiya ötən gün özünün “NATO”su sayılan KMTM-i toplamış və Belarus lideri Lukaşenkonun dili ilə “müttəfiq”lərinə səslənərək, “dostlar, gəlin, xarici hərbi və iqtisadi savaşa qarşı bir yerdə mübarizə aparaq” mesajını vermişdi. Putinin öz tələskənliyindən belə anlaşılır ki, o da Co Baydenin bu qərarı barədə əvvəlcədən məlumatlı imiş.

Ukraynanın uzun müddətdən bəri ABŞ-dan tələb etdiyi uzaqmənzilli silahların Kiyevə göndərilməsi Rusiyanın bu ölkəyə qarşı apardığı müharibənin seyrini tamamilə dəyişə bilər. Görünür, məhz bu səbəbdən də Rusiya Suriyadakı qüvvələrini geri çəkmək məcburiyyətində qalıb. Ukraynanın əks-hücum əməliyyatına başlamasından sonra rus “sülhməramlıları”nın Qarabağdan da tamamilə çıxması gözlənilir. Əks halda rus ordusuna qarşı ikinci cəbhənin Qarabağda açılması istisna edilmir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər