Xəbər lenti
Dünən, 22:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:00
Dünən, 09:27
22-12-2024, 23:31
22-12-2024, 22:51
22-12-2024, 20:17
22-12-2024, 19:12
22-12-2024, 18:32
22-12-2024, 17:22
22-12-2024, 16:18
22-12-2024, 15:27
22-12-2024, 14:51
22-12-2024, 14:00
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ ölkələrini təcili olaraq Ukraynaya daha çox silah verməyə çağırıb.
Ovqat.com xəbər verir ki, Aİ rəsmisi Almaniyanın “Bild” qəzetinə açıqlamasında bu çağırışını səsləndirib.
Ursula silahların ağır və ya yüngül olmasının əhəmiyyət daşımadığını, Ukraynanın təcili silaha ehtiyacı olduğunu bildirib.
O, açıqlamasında həmçinin qeyd edib ki, Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyaları üzərində iş gedir. Növbəti sanksiyalar paketində Rusiyanın enerji və bank sektoruna (xüsusən, Sberbank-a qarşı) qarşı tədbirlər nəzərdən keçirəcək.
Ursulanın iddiasına görə, Avropa İttifaqı hazırda qitəyə alternativ qaynaqlardan neftin idxalına imkan verəcək “ağıllı mexanizmlər” üzərində işləyir.
Qeyd edək ki, ötən gün ABŞ administrasiyası da Ukraynanın silahlarının tükənmək üzrə olduğundan narahatlığını ifadə etmişdi. Ağ evin bildirdiyinə görə, Ukraynanın xüsusilə artilleriya silahlarına ciddi ehtiyacı yaranıb. Bu gün isə ABŞ-dan Ukraynaya yeni silah partiyasının çatdırıldığı məlumatı yayılıb.
CNN-nin Ağ Ev rəsmisinə istinadən verdiyi məlumata əsasən, bu gün Ukraynaya çatdırılan silahlar Baydenin aprelin ortalarında elan etdiyi yardım paketinin bir hissəsidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar