Xəbər lenti

Küveyt hökuməti sentyabrın 29-da ölkə parlamentinə seçkilərin keçiriləcəyini elan edib.

"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Müvafiq fərmanı krallığın vəliəhd şahzadəsi Məşəl əl-Əhməd əs-Sabah verib.

Qeyd olunduğu kimi, səsvermə zamanı Küveyt vətəndaşları ölkənin qanunverici orqanına 50 deputat seçəcəklər, bu dəfə hakimiyyət orqanlarının qərarı ilə əlavə edilmiş bir sıra yeni seçki dairələrində seçkilər keçiriləcək.

Krallıqda növbədənkənar seçkilər parlamentin buraxılmasından sonra təyin edilib. Əs-Sabah iyunun sonunda krallığın hökuməti ilə deputatları arasında ziddiyyətlər fonunda qanunverici orqanın buraxıldığını elan edib. Bir qrup qanunverici şahzadədən hökuməti istefaya göndərməyi tələb etsə də, o, parlamenti yeni seçkilərə göndərmək qərarına gəlib.

Bundan əvvəl KİV Küveyt şahzadəsinin Bosniya və Herseqovinadan siyasi sığınacaq istəməsi barədə məlumat yayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 861          Tarix: 28-08-2022, 19:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma